...

Sumqayıtda polis bölmələrində yoxlamalar aparılıb

Cəmiyyət Materials 13 Noyabr 2014 14:52 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Sumqayıtda polis bölmələrinə və müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata keçirib.
Sumqayıtda polis bölmələrində yoxlamalar aparılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Sumqayıtda polis bölmələrinə və müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, MPQ üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1, 3 və 4-cü polis bölmələrinə, habelə Abşeron Rayon Polis Şöbəsinin MSY-nə qısamüddətli başçəkmələr həyata keçirmişlər. Başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmələrdə məqsəd həmin müəssisələrdə saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Standartlara cavab verən MSY-lərdə saxlanılan şəxslərlə söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı şikayət etməyiblər. Onların şəxsi işlərinə və qeydiyyat kitablarına baxış keçirilib.

Polis bölmələrinə başçəkmələr zamanı isə orada saxlanılan şəxs olmayıb.

Qeyd edilməlidir ki, bu müəssisələrə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin bir çoxunun icra olunduğu, o cümlədən MSY-lərdə və adı çəkilən polis bölmələrində saxlanılma şəraitinin və sənədləşmə işinin daha da təkmilləşdirildiyi müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti