...

Nizami rayonunda növbəti ağacəkmə aksiyası (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2014 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində Bakının Nizami rayonunda növbəti iməcilik keçirilib.

Rayonun İcra Hakimiyyəti, idarə, müəssisə, təşkilatları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları ilə yanaşı, sakinlər də aksiyaya həvəslə qoşulublar.

Təxminən 100 nəfərin iştirak etdiyi iməcilik zamanı müəyyən edilmiş ərazilərdə səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, 200-dək Eldar şamı və digər növ həmişəyaşıl ağaclar əkilib. Təzə əkilən ağaclar suvarılıb, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilib.

Qeyd edək ki, bundan əvvəl də IDEA çərçivəsində rayonda keçirilən iməciliklər zamanı yüzdən çox ağac və bəzək kolları əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti