...

Bakı dairəvi yolundakı qəza "Azəryolservis"ə baha başa gəldi

Cəmiyyət Materials 18 Noyabr 2014 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/

Bazar ertəsi Bakı dairəvi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına 7 min manatdan artıq ziyan dəyib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, yol qəzası zamanı yol təsərrüfatına 7358 manat ziyan dəyib. Belə ki, 90 poqonmetr əyri xətli tir, 50 ədəd işıqqaytaran sıradan çıxıb.

Qeyd edək ki, dünən Bakı dairəvi yolunda betonqarışdıran maşın idarəetməni itirməsi nəticəsində aşaraq ayırıcı metal çəpərin xeyli hissəsinə zərər yetirib. Qəza nəticəsində yanacaq-sürtkü materialları və beton kütləsi də yola dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti