...

Gəncədə rəmzi məna daşıyan 22 xan çinar ağacı əkilib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2014 14:22
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə YAP-ın yaradılmasının 22 illiyinə həsr edilmiş ağac əkmə aksiyası keçirilib.
Gəncədə rəmzi məna daşıyan 22 xan çinar ağacı əkilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə YAP-ın yaradılmasının 22 illiyinə həsr edilmiş ağac əkmə aksiyası keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının İdarə Heyətinin üzvləri, partıya fəalları və gənclər iştirak ediblər. Gəncənin rəmzi sayılan 22 ədəd xan çinar ağacı ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində əkilib. Əkilən ağacların məhz xan çinar olması təsadüfi deyil. Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyev 1980-ci ildə burada çinar ağacları əkib.

Bununla yanaşı ərazi alaq otlardan təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, ağacların avtomatik damcı üsulu ilə suvarılması üçün xüsusi qurğular quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti