...

Azərbaycanın hansı telekanallarında ədəbi dilin normaları pozulur?

Cəmiyyət Materials 25 Noyabr 2014 12:19 (UTC +04:00)
Azərbaycan telekanallarında ədəbi dilin qorunmasına dair monitorinqin nəticələri açılanıb.
Azərbaycanın hansı telekanallarında ədəbi dilin normaları pozulur?

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan telekanallarında ədəbi dilin qorunmasına dair monitorinqin nəticələri açılanıb.

Trend-in məlumatına görə, "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri barədə keçirilən mətbuat konfransında çıxış edən institutun əməkdaşı Nəzakət Qazıyeva qeyd edib ki, layihə çərçivəsində milli telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb edilib.

Bu zaman 6 telekanalda - İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV və Lider TV-də yayımlanan verilişlər (xüsusən xəbər proqramları) izlənilərək ədəbi dil normasının pozulması faktları aşkarlanıb, bu nümunələr təhlil olunaraq sonda statistik baxımdan hesablamalar aparılıb.

Ümumilikdə ədəbi dil normasından sapmanı əks etdirən 509 nümunə tədqiqata cəlb olunub. Bunlardan 91-i (17%) Xəzər TV-də, 56-sı (11%) İctimai TV-də, 89-u (17%) Space TV-də, 97-si (19%) ANS TV-də, 90-ı (17%) Lider TV-də, 85-i (16%) isə ATV-də müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti