...

Bakı bulvarı Yeni ili necə qarşılayacaq?

Cəmiyyət Materials 9 Dekabr 2014 17:35 (UTC +04:00)
Yeni il bayramı ilə əlaqədar Bakı bulvarının müxtəlif yerlərində 10 yolka quraşdırılacaq.
Bakı bulvarı Yeni ili necə qarşılayacaq?

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Yeni il bayramı ilə əlaqədar Bakı bulvarının müxtəlif yerlərində 10 yolka quraşdırılacaq. Bunu Trend-ə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, yolkaların 8-nin hündürlüyü 7-10 metrədək, 2-nin hündürlüyü isə 20 metrdən artıq olacaq. Böyük yolkaların biri Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada, digəri isə yeni bulvarda - Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər olan ərazidə quraşdırılacaq. Hər bir yolkanın ətrafında bir Şaxta Baba və bir Qar Qız fəaliyyət göstərəcək. Yolkalar hazır olduqdan - dekabrın 20-dən sonra bulvarda Şaxta Baba və Qar Qızın fəaliyyətə başlayacağı gözlənilir.

N.Məcidov bildirib ki, dekabrın 20-dən başlayaraq bulvarın bir hissəsində "işıq şou"su keçiriləcək. Bu şou təxminən yanvarın 5-dək hər axşam olacaq: "İşıq şousu çox maraqlı olacaq. Bulvardakı təbii şam ağacları cürbəcür bəzənəcək və onlar işıqlandırılacaq".

O, dekabrın 31-də bulvarda atəşfəşanlığın olacağını da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti