...

Sumqayıtda yol qəzası törətdi, 9 il müddətinə həbs edildi

Cəmiyyət Materials 16 Dekabr 2014 12:26 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü, 28 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədən Vaqif Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayıtda yol qəzası törətdi, 9 il müddətinə həbs edildi

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü, 28 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədən Vaqif Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Behbudov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu ilin aprel ayının 8-də Bakı-Quba magistral yolunun Sumqayıt Texnologiyalar Parkının yaxınlığında Vaqif Azad oğlu Behbudovun idarə etdiyi "Amiqo M 2633" özüboşaldan yük markalı avtomaşınla Ramiz Qurban oğlu Muradovun idarə etdiyi "İsuzu Ekobus" markalı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 28 nəfər yaralanıb, "İsuzu Ekobus" markalı maşının sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə ölüb.

Dəhşətli yol qəzası ilə bağlı aparılan istintaq zamanı Vaqif Behbudovun günahkar olması üzə çıxıb. O, həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti