...

Azərbaycanda hər gün orta hesabla 32 yanğın hadisəsi baş verir

Cəmiyyət Materials 16 Dekabr 2014 15:56 (UTC +04:00)
Bu ilin 11 ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınla bağlı 10 567 çağırış daxil olub.
Azərbaycanda hər gün orta hesabla 32 yanğın hadisəsi baş verir

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İ.İzzət/

Bu ilin 11 ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınla bağlı 10 567 çağırış daxil olub. Trend xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə FHN-in Mərkəzi aparatında keçirilən kollegiya iclasında deyib.

K.Heydərov qeyd edib ki, bu hadisələrin 3667-si Bakı şəhərində qeydə alınıb. Ümumilikdə yanğın hadisələrinin 14-ü yüksək saylı çağırışla, digərləri isə çevik şəkildə söndürülüb.

Nazirin sözlərinə görə, hər gün orta hesabla 32 yanğın hadisəsi baş verib, hər 7 gün ərzində isə 1 nəfər yanğın hadisələri zamanı xilas edilib.

Bu ilin hesabat dövründə baş vermiş yanğınlar nəticəsində 39 nəfər həlak olub. Görülən tədbirlər nəticəsində 123 dövlət, 600 fərdi ev, 312 özəl obyekt, 305 müxtəlif təyinatlı texnika yanğından mühafizə edilib.

Yanğınsöndürənlər tərəfindən 11-i uşaq olmaqla 47 nəfər xilas edilib, 738 nəfər isə yanğının baş verdiyi ərazilərdən təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti