...

Paytaxtın mərkəzi prospektlərindən birində hərəkət məhdudlaşdırılıb (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2014 11:08 (UTC +04:00)
Bakının Atatürk prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb.
Paytaxtın mərkəzi prospektlərindən birində hərəkət məhdudlaşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakının Atatürk prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Atatürk prospektinin Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişməsindən Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Ayna Sultanova parkı istiqamətində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Koroğlu Rəhimov küçəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti