...

Azərbaycanda uşaq evlərindən biri ləğv ediləcək

Cəmiyyət Materials 30 Dekabr 2014 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi Lənkəran şəhər uşaq evini ləğv etməyi nəzərdə tutur.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq Lənkəran şəhər uşaq evinin ləğv edilməsi və onun bazasında günərzi qayğı mərkəzinin yaradılması ilə bağlı Nazirlər Kabinetinə müvafiq təklif göndərilib.

Təhsil Nazirliyinin investisiya proqramına əsasən, Lənkəran şəhərində oğlanlar üçün ailə tipli kiçik qrup evinin tikintisinə başlanılıb. İndiyə qədər bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti