...

53 saylı məktəbin rəhbərliyindən şagirdin müəllimə tərəfindən təzyiqə məruz qalması xəbərlərinə münasibət

Cəmiyyət Materials 9 Yanvar 2015 17:35 (UTC +04:00)
Bakıda 53 saylı orta məktəbin rəhbərliyi təhsil müəssisəsinin şagirdinin müəllimə tərəfindən təzyiqə məruz qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
53 saylı məktəbin rəhbərliyindən şagirdin müəllimə tərəfindən təzyiqə məruz qalması xəbərlərinə münasibət

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Bakıda 53 saylı orta məktəbin rəhbərliyi təhsil müəssisəsinin şagirdinin müəllimə tərəfindən təzyiqə məruz qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Orta məktəbdən Trend-ə daxil olan məlumatda deyilir: "Yanvarın 8-i axşam saatlarında 53 saylı orta məktəbin birinci sinfində oxuyan Məmmədli Dəniz Şamil qızının müəlliməsi Zülfiyyə Hacıyeva tərəfindən təzyiqə məruz qaldığına dair xəbərlər yayılıb. Yayılan xəbərlə bağlı bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı şəhəri BPİ Yasamal rayon Polis İdarəsinin əməkdaşları məktəbdə olublar".

Qeyd olunur ki, məsələ ilə əlaqədar valideyn övladının dermotoloji problemi olduğunu qeyd edib, bir neçə ay bundan öncə bu problemlə bağlı həkimə müraciət etdiyini bildirib. Eyni zamanda, valideyn xəbər yayılarkən işdə olduğunu bildirib.

Məmmədli Şəms Şamil qızı bacısının ibtidai sinif müəllimi Z.Hacıyeva tərəfindən təzyiqə məruz qaldığını zənn edərək məlumatı yoxlamadan şəxsi "Facebook" səhifəsində bölüşüb. Bundan sonra məlumat xəbər və digər saytlarda yayılıb.

Məsələ ilə bağlı araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti