...

Azərbaycan sürücülərinin nəzərinə

Cəmiyyət Materials 10 Yanvar 2015 10:53 (UTC +04:00)
Yol polisi Azərbaycanda magistral yollardakı vəziyyəti açıqladı.
Azərbaycan sürücülərinin nəzərinə

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlkin İzzət/

Yol polisi Azərbaycanda magistral yollardakı vəziyyəti açıqladı.

Daxili İşlər Nazirlyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, ölkə ərazisində bütün yollar açıqdır, nəqliyyatın hərəkəti normaldır.

K.Əliyev bildirib ki, dünən respublika ərazisində 13 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

BDYPİ sözçüsü bir daha sürücülərdən diqqətli olmağı, meteoroloji şəraiti nəzərə almağı tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti