...

Azərbaycanda şaxtalı havalar getdikcə mülayimləşir

Cəmiyyət Materials 10 Yanvar 2015 12:24 (UTC +04:00)
Azərbaycanda yaxın iki gün ərzində mülayim hava şəraiti müşahidə ediləcək.
Azərbaycanda şaxtalı havalar getdikcə mülayimləşir

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yaxın iki gün ərzində mülayim hava şəraiti müşahidə ediləcək. Bu müddətdə gündüz saatlarında havanın temperaturu ötən günlərlə müqayisədə yüksəldə də, gecələr havanın şaxtalı olması davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti müşahidə ediləcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti