...

Diaspor Komitəsinin Kollegiyasının tərkibi müəyyənləşdi

Cəmiyyət Materials 13 Yanvar 2015 16:30 (UTC +04:00)
Nazirlər Kabineti Diasporla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının tərkibini təsdiq edib.
Diaspor Komitəsinin Kollegiyasının tərkibi müəyyənləşdi

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Nazirlər Kabineti Diasporla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının tərkibini təsdiq edib.

Kabinetdən Trend-ə bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Nazirlər Kabineti Dövlət Komitəsinin kollegiya üzvlərinin sayının 9 nəfərdən ibarət olması haqqında qərar qəbul edib.

Qərara əsasən, Kollegiyanın sədri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov təsdiq edilib. Kollegiyanın üzvləri isə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, sədrin müavini Abutalıb Səmədov, Dövlət Komitəsi Aparatının rəhbəri Nəriman Qurbanov, Komitənin I ərazi şöbəsinin müdiri Rizvan Əliyev, II ərazi şöbəsinin müdiri İlham Məmmədov, III ərazi şöbəsinin müdiri Fizuli Nəcəfov, IV ərazi şöbəsinin müdiri Cavanşir Vəliyev, Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti