...

Umayra Tağıyeva vəzifəsindən kənarlaşdırıldı

Cəmiyyət Materials 19 Yanvar 2015 13:30 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva tutduğu vəzifədən kənarlaşdırılıb.
Umayra Tağıyeva vəzifəsindən kənarlaşdırıldı

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva tutduğu vəzifədən kənarlaşdırılıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə məlumatı təsdiqləyib və bildirib ki, U.Tağıyevə öz xahişi ilə vəzifəsindən kənarlaşdırılıb.

Bu vəzifə baş hidroloq Asif Verdiyevə həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti