...

Mübariz Əsgərovun 20 yanvar hadisələrindən bəhs edən sənədli filmi

Cəmiyyət Materials 19 Yanvar 2015 17:43 (UTC +04:00)
Mübariz Əsgərovun 20 yanvar hadisələrindən bəhs edən “Bir mətbuat konfransının tarixi” adlı sənədli filmi bu axşam efirə gedəcək.
Mübariz Əsgərovun 20 yanvar hadisələrindən bəhs edən sənədli filmi

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Uzun illər ANS TV-də yayımlanan "Qulp" verilişinin müəllifi və aparıcısı Mübariz Əsgərovun 20 yanvar hadisələrindən bəhs edən "Bir mətbuat konfransının tarixi" adlı sənədli filmi bu axşam efirə gedəcək. Bu barədə Trend-ə M.Əsgərovun özü məlumat verib.

Onun sözlərinə görə, "Bir mətbuat konfransının tarixi" adlı sənədli film "Xəzər" televiziyasında axşam saat 23:05-də efirə gedəcək: "Filmdə Heydər Əliyevin 25 il əvvəl 20 yanvar hadisələri ilə bağlı keçirdiyi mətbuat konfransında iştirak edən şəxsləri, hadisə şahidlərini bir araya toplamışam. Bu film 20 yanvarın Moskvadakı əks-sədası idi.

Filmdə o vaxt Moskva Dövlət Universitetinin aspirantı olan Əli Həsənov, Moskvada işləyən həkim, alim Lalə Şövkət, AXCP-nin Moskvadakı nümayəndəsi Zöhrab Şamxalov, SSRİ Ali Sovetinin deputatları, həmin mətbuat konfransında partiya biletini cıran Ənvər Hümbətov da iştirak edib.

Çalışmışam ki, həmin həyəcanı filmdə saxlayım. Hadisədən 25 il keçsə də, elə bil dünən baş verib. O hadisələrdə özüm də iştirak etmişəm. Yəqin ki, axşamkı yayımdan sonra tamaşaçı öz sözünü deyər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti