Allahşükür Paşazadənin vədi

Allahşükür Paşazadənin vədi

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlkin İzzət/

"Bu gün Azərbaycanın dünyada tanınması və inkişaf etməsi 20 yanvar günü tökülən qanların hesabınadır. Biz o günləri yaddan çıxarmamalıyıq. Allah-təala bizə o günü faciə kimi yox, Azərbaycanı təcavüzdən qorumaq üçün göndərdi. Biz də onu dərk elədik. Azərbaycan övladları əliyalın qoşunların qarşısına çıxaraq Azərbaycanın qan yaddaşını yazdılar. Lakin 25 ildir ki, 20 yanvar faicəsi hələ də öz tam qiymətini almamışdır. Xüsusən Azərbaycana İslam fundamentalizmi damğası vurmaq istəyirdilər. Azərbaycan göstərdi ki, tolerant ölkədir və İslamdan ədavət üçün yox, dostluq və birlik üçün istifadə etdilər". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə bu gün QMİ-nin "Böyük konfrans zalı"nda 20 Yanvar şəhidlərinin xatirəsinin anım tədbiri zamanı deyib.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, dövlət rəsmiləri, Azərbaycanda yaşayan müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, elm və din xadimləri iştirak ediblər.

Şəhidlərin ruhları üçün İslam, xrsitian və yəhudi dininin qaydalarına uyğun dualar oxunduqdan sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunmuş, dörddə bir əsr müddətin bizləri ayırdığı 20 Yanvar faciəsi nə qədər zaman keçməsindən asılı olmayaraq, əsla unudulmayacaqdır: "Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru və qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız tükənməzdir".

Bütün Qafqazın şeyxi xüsusi vurğulayıb ki, bütün faciəsi ilə yanaşı, 20 Yanvar günü xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib: "20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi.

Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı. Beləliklə, 20 Yanvar xalqımızın birlik və vəhdətini təcəssüm etdirən məqama çevrildi. Qafqaz Müsəlmanları İdarəsi xalqımızın ağır ğünlərində faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri oldu, hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi. Yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilati rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili - bunlar QMİ-nin fəaliyyətinin yalnız görünən tərəfiydi. O məqamda İdarə bütün şərəf və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və xalqa həqiqi mənəvi dəstək oldu".

A.Paşazadə qeyd edib ki, QMİ qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışıb ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət bəşəriyyətə qarşı yönəldilən amansız cəza tədbiri kimi qiymətləndirilsin. Dini lider olaraq, zamanında SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubunda hadisələrə sərt və prinsipial münasibətini nümayiş etdirmiş şeyxülislam təəssüf etdiyini bildirib ki, 20 Yanvar faciəsi bugünədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb: "Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini - M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, 20 Yanvar cinayəti də vardır. QMİ bugünədək hər il - 20 Yanvarın hər ildönümündə dünya ictimaiyyətinə ünvanlı bəyanatlarında təkidlə bunda israr edir".

Şeyxülislam vurğulayıb ki, məhz Azərbaycan xalqının böyuk oğlu Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra 20 Yanvar faciəsi əsl hüquqi-siyasi qiymətini aldı. 1994-cü ilin mart ayının 29-da Azərbaycan parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Şeyxülislam bildirib ki, şəhidlərin ruhuna ən böyük töhfə Qarabağ zəfəri, Vətənimizin qüdrəti, xalqımızın xoşbəxtliyidir: "Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir, Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaqdır, inşallah. Bəzi insanlar bilmirlər ki, bizim müstəqilliyimiz əbədidir. Azərbaycan inşəallah əbədidir və həmişə yaşayacaqdır. Bunu ümummilli lider Heydər Əliyev də vaxtilə bəyan edib. Bu gün Prezident İlham Əliyev çalışır ki, Azərbaycanı dünyada layiqincə tanıda bilsin".

Onun sözlərinə görə, tədbirin bu gün - yanvarın 26-na təyin edilməsinin səbəbi 1990-cı ilin məhz bu günü Bakıdan sonra şəhidlərin Lənkəranda, Cəlilabadda dəfn edilməsi ilə bağlıdır.

Tədbirdə çıxış edən 20 Yanvar faciəsi şəhidlərinin ailə üzvləri öz ürək sözlərini bildirdilər. Tədbirdə QMİ tərəfindən onlara maddi yardım göstərilib, hər zaman Azərbaycan dövlətinin və xalqının diqqət və qayğısının onların üzərində olacağı bildirilib.

Tədbirdə "Qanlı Yanvar" filmi təqdim edilib. Filmə baxışdan sonra onun müzakirəsi zamanı QMİ sədri filmin ərsəyə gəlməsini yüksək dəyərləndirib.

Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Loading Bars
Xəbər lenti
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik
Prezident İlham Əliyev: Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və hədəflərimizə çatırıq
Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı artıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir
Prezident İlham Əliyev: YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
Energetika Nazirliyində 8 Marta həsr olunmuş tədbir keçirilib
İranda ötən sutka 81 nəfər koronavirusdan ölüb
Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb
Mübariz Mənsimov azadlığa buraxılıb
Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır - YAP-a qoşulan partiya sədri
Nizami rayonunda soyğunçu saxlanılıb (FOTO)
Su hövzələrində balıqların tükənməsinin səbəbkarı kimlərdir? - İttifaq sədrindən açıqlama
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Sabunçuda narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva Keşlə qəsəbəsində sakinlərlə görüşüb (FOTO)
Bu şəxslər YAP İdarə Heyətinin yeni tərkibində yer almayıblar (SİYAHI)
Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (FOTO)
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə helikopter qəzası ilə bağlı başsağlığı verib
İxtisassız sahələr üzrə kifayət qədər çox işaxtaranlarımız var - Agentlik sədri
Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert
“AccessBank” tender elan edir
İşə qəbul zamanı müharibə iştirakçıları imtiyazlı qrupa daxil edilməyib - Agentlik sədri
Transxəzər Fiber Optik Kabel Xətti layihəsi “Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” tədbirində vurğulanıb (FOTO)
BİRLinkdən “Novruz payı”: Hədiyyəni özün seç!
Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Sabah 18 dərəcə isti olacaq
ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Bakı-Sumqayıt qatarı 3 gün işləməyəcək
Bütün xəbərlər