Qorxmaz Hüseynov ölkənin içməli su təminatından danışdı

Qorxmaz Hüseynov ölkənin içməli su təminatından danışdı

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

"Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur. Cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası regionların dinamik inkişafını sürətləndirmiş, bölgələri əhatə edən bütün layihələr Azərbaycan vətəndaşlarının həyat şəraitinin yüksəldilməsinə xidmət etmişdir".

Trend-in məlumatına görə, bunu yanvarın 27-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.

Q.Hüseynov deyib ki, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir və hazırda icra olunan Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir: "Ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunmuş, artıq 12 şəhərdə işlər yekunlaşmış, digər 28 şəhərdə isə davam etdirilir.

Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunmuşdur ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Möhtərəm Prezident, xüsusi vurğulamaq istəyirəm ki, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan vermişdir. Belə ki, bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər mənbəyi olan Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi Aran və Muğan bölgəsinə yönəldilmişdir. Bundan əvvəlki proqramın icrası dövründə Şirvan-Muğan qrup su kəməri tikilmiş və Kür sutəmizləyici qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilmişdir. Gələcəkdə bu mənbədən Salyan və Neftçala şəhərlərinə, həmçinin 121 kəndə də suyun verilməsi nəzərdə tutulmuşdur".

Onun sözlərinə görə, 2014-cü ildə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olmuşdur: "Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılmışdır. Cənab Prezident, Sizin iştirakınızla ötən ilin dekabr ayında Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmiş, eyni zamanda, Saatlı şəhərinə də suyun verilməsi təmin edilmişdir. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcəkdir.

Bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq, Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhərində də su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı mühüm işlər görülmüşdür. Bu məqsədlə Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmiş, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşmışdır.

Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi may ayına qədər başa çatdırılacaqdır. Növbəti illərdə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcəkdir.

2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılmış, 4900 mənzildə smart sayğac quraşdırılmış və şəhər sakinləri fasiləsiz su ilə təmin olunmuşlar".

Q.Hüseynov deyib ki, Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən "Açıq Kommunal İnfrastruktur" layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilmişdir: "Layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Ötən il şəhərdə 78 kilometr su və kanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4 su anbarı tikilmiş, 170 yaşayış binasının daxili kommunikasiya xətləri və məhəllədaxili şəbəkələri yenilənmiş, 7000 abonent smart sayğacla təmin olunmuşdur.

Gəncə şəhərinin digər su mənbəyi - Qızılqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi yekunlaşmış, şəhərə suyun verilməsinə hazırlıq görülür.

Ötən il bölgənin suvarma və içməli suya olan tələbatının ödənilməsində müstəsna əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhəri, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaradılmışdır. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşmışdır. Dövlət Proqramına uyğun olaraq sutəmizləyici qurğunun, Şəmkir və Samux rayonlarına suyun verilməsi üçün magistral xəttin tikintisi üzrə layihələndirmə işləri davam etdirilir.

Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi başa çatdırılmış, Ağdaş şəhərində isə bu işlər 70 faiz icra olunmuşdur. Artıq hər üç şəhərin sakinləri yeni mənbələrin suyundan istifadə edir. Bununla yanaşı, Göyçay şəhərində kanalizasiya şəbəkəsinin 97, Beyləqan şəhərində 92, Ağdaş şəhərində isə 70 faizinin tikintisi başa çatdırılmışdır.

2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu - İslam İnkişaf Bankı ilə layihənin icrasına başlanılmışdır. "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya" layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilmişdir. 2015-ci ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılacaqdır.

Qeyd etmək istəyirəm ki, rayon mərkəzləri və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilmişdir. Digər şəhərlərdə isə onların layihələndirilməsi və tikintisi davam etdirilir.

Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası nəzərdə tutulmuşdur. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapmışdır. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilmişdir. Hesabat dövründə Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də işlər görülmüş, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşmışdır.

Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılmış, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilmişdir.

Cənab Prezident, Dövlət Proqramının icrasının birinci ilində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilmiş, 50 min ədəd smart sayğac quraşdırılmışdır. Qeyd etmək istəyirəm ki, Dövlət proqramlarında nəzərdə tutulmuş işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların xüsusi çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılmışdır.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı "İnfrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək" fikriniz, Azərbaycan vətəndaşına, onun sağlamlığına və həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyiniz qayğı ilə yanaşı, həm də "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin kollektivinin üzərinə ciddi məsuliyyət qoymuşdur. Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içməli su təminatının yaxşılaşdırılması və verilmiş tapşırıqların həlli üçün kollektivimiz daha əzmlə çalışacaqdır".

Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Loading Bars
Xəbər lenti
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib - Deputat
Bakı və Abşeronda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri - SİYAHI
Qubadlı rayonunun Əfəndilər kəndi (FOTO/VİDEO)
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq - Sahil Babayev
Azərbaycan nefti ucuzlaşıb
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır - Nazirlik
Bütün xəbərlər