...

Gəncədə təmənnasız tibbi müayinələr keçiriləcək (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2015 12:23 (UTC +04:00)
13 fevral 2015-ci il tarixdən etibarən akademik Zərifə Əliyeva adına Elmi -Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Gəncədə institutun səyyar klinikası vasitəsilə uşaq və böyükləri tibbi müayinədən keçirəcək, məsləhətlər verəcək. Bəzi cərrahi əməliyyatların aparılması da nəzərdə tutulur.
Gəncədə  təmənnasız  tibbi müayinələr keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

13 fevral 2015-ci il tarixdən etibarən akademik Zərifə Əliyeva adına Elmi -Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Gəncədə institutun səyyar klinikası vasitəsilə uşaq və böyükləri tibbi müayinədən keçirəcək, məsləhətlər verəcək. Bəzi cərrahi əməliyyatların aparılması da nəzərdə tutulur.

Bununla bağlı ərazi poliklinikalarından müvafiq tibbi sənədlərlə Göz Xəstəxanasına (N.Nərimanov prospekti ,41) müraciət edə bilərsiniz.. Həmçinin 7 fevral 2015-ci il tarixdən etibarən N.Tusi adına Klinikanın aparıcı həkim mütəxəssisləri tərəfindən Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının (3№li xəstəxana, Heydər Əliyev Prospekti, 316) Qəbul şöbəsində : ümumi cərrah, uroloq, travmatoloq, üz-çənə cərrahı, vertebroloq ixtisasları üzrə əhaliyə baxış və məsləhətlərin aparılması nəzərdə tutulur.Bununla bağlı müvafiq tibbi müayinə sənədləri ilə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti