...

Bələdiyyələrlə bağlı qanunvericiliyə yenidən baxılıb

Cəmiyyət Materials 5 Fevral 2015 13:31 (UTC +04:00)
Trend-in məlumatına görə, iclasda ilk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.
Bələdiyyələrlə bağlı qanunvericiliyə yenidən baxılıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda ilk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.

Məruzədə 2014-cü il üzrə bələdiyyələrin inkişafı ilə bağlı görülən işlər öz əksini tapıb. Məruzədə qeyd olunub ki, 2014-cü il bələdiyyələrin həyatında bir sıra mühüm tədbirlərin həyata keçirilməsi ili kimi yadda qalıb. Xüsusən bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işləri xüsusi qeyd edilməlidir.

2014-cü ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübədən və Azərbaycanda mövcud olan təcrübədən bəhrələnərək bələdiyyələrin birləşməsi ilə 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyənin yaradılması da əhəmiyyətli hadisələrdən biri olub.

Bildirilib ki, 2014 il bələdiyyələrin beynəlxalq əlaqələrinin inkişafı baxımdan da səmərəli olub. Məruzə dinlənildikdən sonra təsdiq olunub.

Daha sonra "Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında" qanun layihəsi və "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa edilən dəyişikliklər müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti