...

Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu hərbçilərə nümunədir (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2015 17:28 (UTC +04:00)
Hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi anılıb.
Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu hərbçilərə nümunədir (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/

Hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi anılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin "N" saylı hərbi hissəsinin təşəbbüsü, "Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd Sosial İnkişaf" ictimai birliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun anadan olmasının 27-ci il dönümü ilə bağlı təntənəli mərasim keçirilib.

Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər.

Tәdbir M.İbrahimov haqqında çəkilən sənədli filmə baxış və hərbi-vətənpərvərliyi tərənnüm edən mahnılardan ibarət konsert proqramı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti