Gəncə-Təbriz dostluğu daha da möhkəmlənir (FOTO)

Gəncə-Təbriz dostluğu daha da möhkəmlənir (FOTO)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti İranın Təbriz şəhərində səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkənin, ayrılıqda regionların inkişafında özünü qabarıq şəkildə büruzə verir. Həyata keçirilən regional proqramlar, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər bu gün şəhər və rayonlarda yol infrastrukturunun yenilənməsi, sosial layihələrdən olan məktəb, uşaq bağçası, səhiyyə ocaqlarının tikintisi və təmirinə, kommunal və kommunikasiya sisteminin təzələnməsinə imkanlar yaradıb. Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncə də dövlətin diqqət və qayğısını daim hiss edən və buna əməli işlə cavab verən şəhərlərdən biridir. 4000 illik yaşı olan şəhərin son 4 il ərzində simasının tamamilə yenilənməsi, aparılan abadlıq və yenidənqurma işləri, Gəncənin ölkənin sənaye mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılan addımlar şəhər sakinlərinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən amillər olmaqla, beynəlxalq əməkdaşlıq baxımından da yeni imkanlar açır. Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, beynəlxalq tədbirlər və festivallar keçirilir, Gəncə 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilib, şəhərin nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri ikitərəfli münasibətlərin qurulmasına xidmət etməklə, ölkələr arasında əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradır.

Bu günlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyətinin İranın Təbriz şəhərinə səfəri, hər 2 şəhərin qardaşlaşmasını nəzərdə tutan protokolun imzalanması, keçirilən görüşlər Azərbaycan-İran münasibətlərinin son 1 ildə yüksələn xətlə inkişafından xəbər verir. Nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərlik, Gəncə ilə münasibətlərin qurulmasına verilən önəm İran tərəfinin də əlaqələrin genişlənməsinə maraq göstərdiyini ifadə edir.

3 günlük səfərin ilk günündə Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüş olub. Hər iki ölkə arasında siyasi münasibətlərin müsbət inkişafından məmnunluq ifadə edilərək, ölkə başçıları arasında sıx təmasın buna xidmət etdiyi önə çəkilib. Bu isə, öz növbəsində regionlar arasında münasibətlərin qurulması və inkişafına xidmət etməklə, hər iki xalq arasında əlaqələrin inkişafına müsbət zəmin yaradır. "Bu görüş Təbrizlə Gəncə arasında yaxşı bağlantıların qurulması üçün əsas oldu" - deyən Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə bütün sahələr üzrə 2 şəhər arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə səfərin iqtisadi, elmi, mədəni əlaqələrin qurulmasına yaxşı zəmin yaratdığını söyləyib, Təbrizdən olan nümayəndə heyətini tezliklə Gəncədə görməkdən şad olacağını bildirib.

Nümayəndə heyəti Azərbaycanın Təbrizdəki Baş konsulluğu ilə tanış olub. Baş konsul Əli Əlizadə qonaqları mehribanlıqla qarşılayıb və bu görüşün tarixi əhəmiyyətini qeyd etməklə, çox əlamətdar hadisə olaraq qiymətləndirib. Gündən-günə möhkəmlənən və genişlənən işgüzar əlaqələrin hər iki ölkəyə layiqli töhfələr gətirəcəyini vurğulayıb. Gəncədən olan nümayəndələr böyük şair Şəhriyarın da uyuduğu şairlər məzarlığını və Seyid Həmzə İmamzadəsini ziyarət ediblər. Səfər çərçivəsində bələdiyyə muzeyi ilə tanışlıq olub.

Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi ilə görüş zamanı isə Təbriz və Gəncə şəhərlərinin qardaşlaşması barədə protokol imzalanıb. Tarixi hadisə kimi qiymətləndirilən bu səfərin dini bir, dili bir olan şəhər sakinləri arasında əlaqələrin qurulmasına xidmət etdiyi qeyd edilib. Gəncədə Təbriz, Təbrizdə isə Gəncə günlərinin keçirilməsi barədə şifahi razılıq əldə edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfərin yüksək səviyyədə təşkilinə görə İran tərəfinə təşəkkür edib. Təbrizlilərin Gəncəyə xüsusi rəğbəti olduğunu deyən Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi isə, imzalanan protokolun hər 2 şəhərin iqtisadi, elmi, mədəni əlaqələrinin genişlənməsinə xidmət etdiyini bildirib.

Səfərin ikinci günü Təbriz Dövlət Universiteti ilə tanışlıq olub. Universitetin rektoru Mәhәmmәdrza Purmәhәmmәdi 21 min tələbə və 750-ə yaxın professor-müəllim heyəti olan ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında tələbə-müəllim mübadiləsinin, elmi işlər üzrə birgə tədqiqatların aparılmasının önəmli olduğunu bildirib. Görüşdə əlaqələrin gücləndirilməsini nəzərdə tutan işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.

Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb (FOTO)
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb
Sidneydə Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən avtomobil hərəkət edib (FOTO)
"Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanılıb (FOTO)
Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib
Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı
Paşinyanın tərəfdarları meydana gəlməyə başlayıb
Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında (VİDEO)
Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq (FOTO)
Unibank daha 3 mükafat qazanıb
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib (FOTO)
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
Novruz bayramı ərəfəsində «PAŞA Həyat» hədiyyəli bahar kampaniyasına start verib
Sarkozi 3 il müddətinə həbs olundu
Ermənistan prezidenti Paşinyanla görüşüb
Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev
AQTİ-dən qidalardakı təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub
AQTA 21 müəssisədə qayda pozuntusu aşkarladı
İranda Qarabağ konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub (FOTO)
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb
Heyvanların identifikasiyası aparılır
Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib (FOTO)
Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik - Assosiasiya sədri
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib (FOTO)
Finlandiyada fövqəladə vəziyyət elan olundu
Cinayət qanunvericiliyində 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib - Fikrət Məmmədov
Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - Nazir
Prezident regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi - Deputat
Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi
AFFA 4 klubu cərimələdi
16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib
“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb (FOTO)
ADU-da “Arzuları həyata keçirən möcüzəvi Çin fənərləri” bayramı qeyd olunub
"Barselona"nın keçmiş prezidenti saxlanıldı
Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub (FOTO)
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
Azərbaycan region ölkələrinə sülh mesajını verdi - Səfir
Respublika Veteranlar Təşkilatında bir qrup müharibə iştirakçısı ilə görüş keçirilib (FOTO)
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib (FOTO)
İran səfirliyi KİV-də yayılan məlumatı təkzib edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” tanker-muzeyinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Sabah rayonlara qar yağacaq
“AccessBank” tender elan edir
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
Gürcü tarixçi: Allah işğalçı erməniləri cəzalandırdı - Trend TV
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
Qarabağdakı işğalın izləri silinir - "Yeni Şafak"
Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb
Dövlət başçısı mətbuat konfransında regionun gələcəyi üçün mühüm mesajlar verdi - Deputat
Vaksinasiya xaricə getmək istəyənlər üçün də mühüm məsələyə çevrilib - Mütəxəssis
KOBİA sahibkarlıq subyektlərinin maliyyə bazarına çıxışını genişləndirib
Azərbaycan İran üçün çox önəmli ölkədir - Nazir müavini
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Şəhid ailələri və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir - Deputat
Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb (FOTO/VİDEO)
Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır
Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN (FOTO)
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib
Baş infeksionist əhaliyə müraciət edib
AZƏRTAC-ın 101 yaşı tamam olur
Bütün xəbərlər