Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsinin açılış mərasimi keçirilib (FOTO)

Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsinin açılış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Mədəd" Təşkilatının təşkilatçılığı ilə "Sabahın alimləri" IV Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, "Sabahın alimləri" IV Respublika müsabiqəsinin Azərbaycan gəncliyinin və təhsilinin inkişafına hər zaman xüsusi diqqət göstərən Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfi deyil: "Ölkədə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun miras qoyduğu milli təhsil quruculuğu bu gün Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir".

Elmsiz təhsili, təhsilsiz elmi təsəvvür etməyin mümkün olmadığını deyən M.Cabbarov qeyd edib ki, "Sabahın alimləri" müsabiqəsinin keçirilməsinin əsas məqsədi yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişləri aşılamaqdır. Nazir hesab edir ki, innovativ fikir yarışması olan bu müsabiqə gənclərə müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək edəcək.

Onun sözlərinə görə, müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Intel ISEF) çərçivəsində təşkil olunur. Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edirlər.

Müsabiqəyə Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin elmi dəstək verdiyini xatırladan nazir müsabiqəyə təqdim olunan layihələrin sayının artdığını söyləyib.

M.Cabbarov qeyd edib ki, builki müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri də layihələr təqdim ediblər. Üç gün davam edəcək müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və mükafat təqdim olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə bu müsabiqənin elmə getdikcə daha böyük töhfələr verəcəyinə inandığını deyib. Azərbaycan elminin inkişafında gənc alimlərin yerinin göründüyünü deyən AMEA prezidenti xatırladıb ki, bu ilin sonunda AMEA-nın 70 illiyi qeyd ediləcək: "Bu illər ərzində Azərbaycanda beynəlxalq səviyyədə tanınan alimlər yaşayıb və onların öz dəstxəti olub. Әfsuslar olsun ki, bu gün bəzi elmi məktəblərin sayı azalıb, bəzilərinin çərçivəsi darlaşıb. Ancaq bəzi elmi mərkəzlər bu gün də inkişaf etməkdədir. Hazırda elmin əsas problemlərindən biri kadr çatışmazlığı ilə bağlıdır".

Akademiya prezidenti hesab edir ki, gənclərin püxtələşmiş alimlərin yanında olması Azərbaycan elmi üçün böyük impulsdur: "Bu gün Azərbaycan gənclərinə böyük etimad var. Bugünkü gənclər 20, 30, 50 il sonra ölkəni müxtəlif sahələrdə təmsil edəcəklər. Bu gün akademiyada elmlə məşğul olmaq üçün tam şərait yaradılıb. Akademiyanın gözəl mövqeyi, geniş bazası var. Bu gün akademiyanın qapıları gənclərin üzünə açıqdır".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğur bütövlükdə ölkə üçün əvəzsiz töhfədir.

Gənclər və İdman Nazirliyinin bu müsabiqənin təşkilində artıq 4-cü ildir iştirak etdiyini xatırladan nazir müavininin sözlərinə görə, qarşıda daha böyük məqsədlər dayanıb. Bu məqsədlərdən biri yeni nəsil intellektual potensialı formalaşdırmaqdır.

Gəncləri ölkədə yaranan potensialdan istifadə edərək səylə oxumağa çağıran İ.Babayev bildirib ki, gənclərin elmə marağının artırılması istiqamətində nazirlik tərəfindən bir sıra layihələr həyata keçirilir.

Nazir müavininin fikrincə, gənclər bu layihələrə qoşulmaqla öz imkanlarını daha da artıra bilərlər.

Bu müsabiqənin açılış mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini təsadüfi saymayan Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli bildirib ki, Heydər Əliyev Mərkəzi çoxsaylı fəaliyyət istiqmətləri baxımından diqqət mərkəzindədir.

Bu gün Heydər Əliyev Mərkəzinin elmin, təhsilin inkişafı ilə bağlı çoxsaylı layihələr həyata keçirdiyini vurğulayan A.Kərimli qeyd edib ki, müasir dünyada hər bir ölkənin inkişafı elm və təhsillə ölçülür.

Mərkəz rəsmisinin sözlərinə görə, dövlətin uğurlu gələcəyi gənc nəslin intellektual potensialından asılıdır: "Bugünkü gənc nəslin gələcəkdə Azərbaycanı yüksəklərə qaldıracağına inanırıq. Bu gün Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, ana dilimizi qoruyub saxlamağa, xalqın ümumbəşəri ideyalarını mənimsəyərək, dünyanın qabaqcıl gəncliyinə inteqrasiya edərək töhfələr verməyə qadirdir. Bu gün yüksək səviyyədə təhsil alan gənc nəsil elmin sirlərinə daha dərindən yiyələnmək, hərtərəfli şəxsiyyət kimi yetişmək üçün öz yolunu sərbəst seçmək baxımından bütün imkanlara malikdir".

Prezident İlham Əliyevin də Azərbaycan gənclərini bilikli, savadlı görmək istədiyini xatırladan A.Kərimli Azərbaycan elminə gənc nəslin gəlməsini vacib hesab edib. Onun sözlərinə görə, "Sabahın alimləri" kimi müsabiqələrin keçirilməsi məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. A.Kərimli "Sabahın alimləri" müsabiqəsinin qaliblərinin bu ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək "Intel ISEF" sərgisində uğurla çıxış edəcəyinə inandığını deyib.

Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Cəbrayılda daha bir nəfər minaya düşdü
Cəbrayılda daha bir nəfər minaya düşdü
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Paşinyan Baş qərargah rəisini vəziəsindən azad etdi (ƏLAVƏ OLUNUB)
Ağdamda qardaş qardaşı bıçaqlayıb (FOTO)
Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarlarını meydanlara çağırdı
Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab
Bütün xəbərlər