...

Elmar Vəliyev Fransanın Müluz şəhərinin meri Jan Rotneri qəbul edib (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2015 10:14 (UTC +04:00)
Elmar Vəliyev Fransanın Müluz şəhərinin meri Jan Rotneri qəbul edib
Elmar Vəliyev Fransanın Müluz şəhərinin meri Jan Rotneri qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərimizdə işgüzar səfərdə olan Müluz şəhərinin meri Jan Rotneri, şəhərin Turizm Ofisinin Prezidenti Jan-Pyer Valteri qəbul edib. İcra başçısı qonaqları salamlayaraq, onları şəhərdə görməkdən məmnunluğunu bildirib. Görüşdə həmçinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin BMT və qlobal iqtisadi təşkilatlar şöbəsinin müdiri Elmar Məmmədov da iştirak edib. Söhbət zamanı ikitərəfli əlaqələr, birgə əməkdaşlıq, ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan-Fransa əlaqələrinin, Gəncə-Müluz şəhəri arasında doğma münasibətlərin gündən-günə genişləndiyini və möhkəmləndiyini qeyd edib, şəhərin ictimai-siyasi həyatı, iqtisadiyyatı haqqında məlumat verib. Avropaya inteqrasiya, Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi məsələləri ilə bağlı Avropa dəyərlərinə yiyələnməyin xüsusi önəmindən danışıb və xüsusən gənclərin bu işlərdə fəallığını vurğulayıb.

Qonaqlar 2016-ci ildə Gəncənin Avropanını Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı və həyata keçiriləcək layihələrlə tanış olublar. Fransanın Müluz şəhərinin meri Jan Rotner bölgəyə səfərindən məmnunluğunu ifadə edib. Daha sonra fransalı qonaqlar Gəncə Dövlət Universitetində olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti