...

Azərbaycanda perinatal dövrdə yaranan problemlərdən ölən körpələrin sayı çoxalıb

Cəmiyyət Materials 16 Fevral 2015 17:01 (UTC +04:00)
Azərbaycanda 1 yaşadək uşaqlar arasında perinatal dövrdə (perinatal dövr dölün bətndaxili həyatının 22-ci tam həftəsindən (154-cü gündən) başlayır və doğuşdan 7 tam gün keçdikdən sonra qurtarır) meydana çıxan hallardan ölüm hallarının sayı artıb.
Azərbaycanda perinatal dövrdə yaranan problemlərdən ölən körpələrin sayı çoxalıb

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 1 yaşadək uşaqlar arasında perinatal dövrdə (perinatal dövr dölün bətndaxili həyatının 22-ci tam həftəsindən (154-cü gündən) başlayır və doğuşdan 7 tam gün keçdikdən sonra qurtarır) meydana çıxan hallardan ölüm hallarının sayı artıb. Son illərdə bu hallardan ölüm halları 1 yaşadək uşaqların dünyasının dəyişməsinə gətirib çıxaran ilk əsas səbəb olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 1 yaşadək uşaqlar arasında perinatal dövrdə meydana çıxan hallardan ölüm hallarının sayı 1995-ci ildə 550 olduğu halda, sonrakı illərdə bu göstərici azalmağa başlayıb. 2009-cu ildə belə hallardan baş verən ölüm hadisələrinin sayı 310-a enib. Lakin 2010-cu ildən sonra 1 yaşadək uşaqların perinatal dövrdə meydana çıxan hallardan ölməsi halları artmağa başlayıb. 2010-cu ildə 367 (1 yaşadək uşaqlar arasında bütün səbəblərdən baş verən ölüm hallarının sayı 1843 olub), 2011-ci ildə 627 (ümumilikdə 1903 ölüm), 2012-ci ildə 937 (ümumilikdə 1884 ölüm), 2013-cü ildə 1142 (ümumilikdə 1862) nəfər 1 yaşadək uşağın ölümünə məhz bu hallar səbəb olub.

Buna baxmayaraq, son illərdə Azərbaycanda tənəffüs orqanlarının xəstəliklərindən, anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar vıə xromosom pozğunluqları) dünyasını dəyişən kğrpələrin sayı azalıb. Son illərdə 1 yaşadək uşaqlar arasında anadangəlmə anomaliyalardan ölüm halları üzrə ən yüksək göstərici 2006-ciı ildə qeydə alınıb. Sonrakı illərdə isə bu rəqəm azalmağa başlayıb. Nəticədə 2012-ci ildə 214, 2013-cü ildə isə 126 nəfər 1 yaşadək uşaq anadangəlmə anomaliyalardan dünyasını dəyişib. Tənəffüs orqanlarının xəstəlikləri də 1995-ci ildə (1718) 1 yaşadək uşaqların ölümünə ən çox səbəb olan hal olsa da, 2013-cü ildə bu rəqəm azalaraq 192-yə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti