...

Bakı-Sumqayıt şosesinin 2 zolağında hərəkət məhdudlaşdırıldı

Cəmiyyət Materials 18 Fevral 2015 17:24 (UTC +04:00)
Bakı-Sumqayıt şosesinin 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakı-Sumqayıt şosesinin 2 zolağında hərəkət məhdudlaşdırıldı

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

Bakı-Sumqayıt şosesinin 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Bakı-Sumqayıt şosesində aparılan təmir işlərinin bir hissəsi yekunlaşdığı üçün Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şosesinə girişi bərpa edilib.

Hazırda yolun digər qismində təmir işləri aparıldığına görə Bakı-Sumqayıt şosesinin 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti