...

Bir qrup gözdən əlil şəxs peşə reabilitasiyasına cəlb edilib

Cəmiyyət Materials 20 Fevral 2015 11:01 (UTC +04:00)
Onlardan 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçəcəklər. Digər 24 nəfər gözdən əlil şəxs isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsinə yiyələnəcəklər.
Bir qrup gözdən əlil şəxs peşə reabilitasiyasına cəlb edilib

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlil şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasına cəlb olunmasına xüsusi diqqət yetirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə aparılan işlərin davamı olaraq, ƏƏSMN tərəfindən daha 48 nəfər gözdən əlil şəxs peşə hazırlığı kurslarına cəlb olunub və artıq növbəti həftənin əvvəlindən kurslara başlanacaq. Onlardan 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçəcəklər. Digər 24 nəfər gözdən əlil şəxs isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsinə yiyələnəcəklər. Hər iki peşə hazırlığı kursu xüsusi təchiz olunmuş sinif otaqlarında təşkil olunacaq.

Xatırladaq ki, ötən il ƏƏSMN-in xətti ilə ümumilikdə 3800 nəfərədək vətəndaş peşə hazırlığı kurslarına cəlb olunub. Həmin insanlardan 381 nəfərini əlilliyi olan şəxslər təşkil edib ki, onların 60 nəfəri gözdən əlil şəxsdir. Əlilliyi olan şəxslərin 272 nəfəri ƏƏSMN-in Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təliminə cəlb edilib.

Peşə hazırlığına cəlb olunan və təlimi uğurla başa vuran əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması istiqamətində də məqsədyönlü işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti