ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası davam edir (FOTO)

ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası davam edir (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası davam edir.

Nyu York ştatından sonra başlanan tanıtım kampaniyası hal-hazırda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində həyata keçirilir. Amerika Birləşmiş Ştatlarının həm siyasi, həm də strateji baxımdan əhəmiyyətli şəhərinin mərkəzi küçələrində yerləşən binalar üzərində proyeksiya üsulu ilə "Xocalıya ədalət... Azərbaycana qarşı bəşər faciəsi" başlıqlı görüntü yayımlanır.

Xüsusən, axşam saatlarında əhalinin və nəqliyyatın sıx olduğu ərazilərdə daş tikililər üzərinə yansıdılan görüntü kampaniyanın loqo və statistik məlumatlarını amerikalıların diqqətinə çatdırır. Bununla yanaşı, mərkəzi marşrutla hərəkət edən böyük ölçülü avtobuslar üzərinə də posterlər həkk olunub. Bu avtobuslar Sözügedən posterləri üç həftə boyunca üzərində daşıyacaq və daha çox insanın faciənin miqyasından xəbərdar edəcək.

Aksiyanın növbəti və əhəmiyyətli addımlarından biri dünən - fevralın 23-ü gerçəkləşdirildi. 100-dən çox amerikalı Xocalı soyqırımına olan münasibətini və qəddarlığa etirazını bildirmək məqsədilə Vaşinqton şəhərinin küçələrində yürüşə çıxıb. "Walking billboard", yəni "Gəzən elan" adlandırılan bu tip aksiyalar xüsusilə piyadaların çox olduğu ərazilərdə çox effektivdir. Bu növ yürüş avtomobil və digər nəqliyyat vasitələrinin daxil ola bilmədiyi ərazilərdə insanların diqqətini cəlb etməyə müvəffəq olur.

Yürüş iştirakçıları "Xocalıya ədalət..", "23 il bundan əvvəl baş vermiş soyqırım", "Azərbaycana qarşı bəşər faciəsi" yazılarının həkk olunduğu posterləri öz üzərilərinə bərkidərək şəhərin mərkəzi küçələrini dolaşdı, mühüm dövlət obyektlərinin qarşısında dayanaraq ətrafdakı insanlara çoxsaylı flayer və broşürlər payladı. Yürüş iştirakçılarının keçdiyi marşrutun ən önəmli və uzunmüddətli dayanacaqlarından biri isə Ağ Ev oldu. Ağ evin qarşısı ənənəvi olaraq aksiya və etiraz kampaniyalarına ev sahibliyi edir.

Bu dəfə sözügedən obyektin qarşısına toplaşan insanlar 23 il öncə Azərbaycanda baş verən Xocalı soyqırımına öz münasibətlərini sərgilədi. Azərbaycan Amerika Alyansının təsisçisi, aksiyanın təşəbbüskarı Anar Məmmədov Soyqırımın 23-cü ildönümünə həsr olunan kampaniya və cari yürüş haqqında danışdı:

"Biz artıq dördüncü ildir ki, ABŞ-da nəinki Azərbaycan, habelə müasir dünya tarixinin ən qanlı səhifələrindən biri, Xocalı soyqırımını tanıtım kampaniyasını keçiririk. İlk ildən etibarən, biz okeanın bu tayında yaşayan insanlara faciənin miqyası, dərinliyi haqqında ən optimal, əlverişli və mümkün üsullarla məlumat verməyə çalışmışıq. Hər il kampaniyaya müəyyən yeniliklər əlavə edirik.

Bununla da, "Xocalıya ədalət... Azərbaycana qarşı bəşər faciəsi" başlığı altında keçirilən kampaniyanın miqyasını ildən-ilə artırırıq. Kampaniyanın ABŞ-ın ən strateji ştatlarında həyata keçirilməsinə çalışırıq. Nyu York, Vaşinqton bizim xüsusilə hədəfə aldığımız nöqtələrdir. Tayms meydanı, Brodvey küçəsi nəinki Nyu Yorkun və ABŞ-ın dünyanın ən qaynar və ən çox ziyarət olunan obyektləri sırasındadır. Xocalı həqiqətlərinin məhz bu ərazilərdə işıqlandırılması daha çox insanın faciə haqqında xəbər tutmasına xidmət edir.

ABŞ Prezidentinin iqamətgahından tutmuş Federal hakimiyyətin hər üç budağının əsas təmsilçiliklərinə, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların baş ofisinə qədər bütün strateji obyektlərin yerləşdiyi Vaşinqtonda Xocalı soyqırımının tanıdılması, əsl həqiqətin işıqlandırılması Alyansın bu kampaniyada qarşısına qoyduğu əsas hədəflərdən biridir. Hal-hazırda Vaşinqtonda keçirilən yürüş builki aksiyaya əlavə edilmiş bir yenilikdir.

Gördüyünüz kimi, aksiyada iştirak edənlər belə yerli insanlardır. Bu, onların faciəyə olan münasibətidir. Əminəm ki, bu cür yürüşlər getdikcə daha çox insanın etiraz səsinin ucalmasına təkan verəcək. Azərbaycan Amerika Alyansının multimedia kampaniyası Xocalı faciəsinin ədalətli olaraq soyqırım kimi tanınmasına və qəbul edilməsinə xidmət edir. Əslində, Vaşinqton şəhərinin rəsmi sloqanı da belə səslənir: Justice for All - "Hər kəsə ədalət" .

Qeyd edək ki, ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası mart ayına qədər davam edəcək.

Aksiyanın gedişatı ilə http://azerbaijanamericaalliance.org/ saytından,

https://www.facebook.com/pages/Azerbaijan-America-Alliance/296931403654112 səhifəsindən tanış ola bilərsiniz.

Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" qələbə qazanıb
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" qələbə qazanıb
Loading Bars
Xəbər lenti
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Paşinyan Baş qərargah rəisini vəziəsindən azad etdi (ƏLAVƏ OLUNUB)
Ağdamda qardaş qardaşı bıçaqlayıb (FOTO)
Bütün xəbərlər