...

Şəmsəddin Hacıyev: Elm sahəsində həllini gözləyən çox məsələlər var

Cəmiyyət Materials 24 Fevral 2015 16:52 (UTC +04:00)
Azərbaycan MDB məkanında elmə ən çox vəsait ayıran ölkədir.
Şəmsəddin Hacıyev: Elm sahəsində həllini gözləyən çox məsələlər var

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan MDB məkanında elmə ən çox vəsait ayıran ölkədir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev parlamentin bu gün keçirilən plenar iclasında "Elm haqqında" qanun layihəsi haqqında məlumat verərkən deyib.

Ş.Hacıyev qeyd edib ki, elm sahəsinin inkişafı həmişə müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və bu gün də prioritet istiqamət kimi qalır.

Onun sözlərinə görə, son illərdə bu sahədə nəzərəçarpan irəliləyişlər əldə edilib: "Bu gün bu sahədə həllini gözləyən problemlər də çoxdur. Bunların yaranma səbəblərini araşdırmaq və onları həll etmək üçün mükəmməl qanunvericilik orqanının yaradılmasına ciddi ehtiyac var. Bu qanun layihəsini də məhz bu məqsədlə bugünkü iclasa təqdim etmişik".

Ş.Hacıyev bildirib ki, qanun layihəsi hazırlanarkən bir çox ölkələrin, o cümlədən qabaqcıl Avropa və MDB dövlətlərinin təcrübələri nəzərə alınıb: "Cəmiyyət miqyasında qanun qəbul olunmalıdır ki, təhsil sahəsində rəqabətqabiliyyətli inkişafa nail ola bilək. Layihənin əsas istiqaməti liberal şəraitin yaradılması, rəqabət mühitinin təmin edilməsi, elmi nəticələrin səviyyələrinin yüksədilməsi və digər məqsədlərlə bağlıdır. Düzdür, Azərbaycan superdövlət deyil, lakin iqtisadiyyatın bir çox sahələrində mühüm irəliləyişlərə nail olunub. Bu da imkan verir ki, ölkədə emin inkişafına nail olaq və elmi təqdiqatların keyfiyyətini daha da artıraq".

Komitə sədrinin sözlərinə görə, elmin inkişafı sahəsində qanunvericilik bazasının yaradılması bir çox məsələlərin həllini nəzərdə tutub: "Elmi fəaliyyətin idarə olunması və onun müasir dünya praktikasına uyğunlaşdırılması layihənin əsas məqsədlərindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti