...

Siyavuş Novruzovdan daha bir şərh

Cəmiyyət Materials 24 Fevral 2015 17:54 (UTC +04:00)
Siyavuş Novruzov müzakirə olunan qanun layihəsinin adının dəyişdirilməsi təklifi ilə çıxış edib.
Siyavuş Novruzovdan daha bir şərh

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin bu gün keçirilən iclasında "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müzakirə olunan qanun layihəsinin adının dəyişdirilməsi təklifi ilə çıxış edib.

Trend-in məlumatına görə, S.Novruzov hesab edir ki, bu qanunun adı "Elm və təhsil haqqında" olsaydı, daha məqsədəuyğun olardı: "Təhsilin ən yüksək nöqtəsi elmdir. Yəni təhsillə elm bir-birinin davamıdır. Ona görə də gələcəkdə qanunun adı və tərkibi qeyd etdiyim şəkildə dəyişdirilsə, daha çox xeyir verə bilər, nəinki hər sahə üçün ayrı-ayrılıqda qanun hazırlansa. Buna misal kimi "Seçki Məcəlləsi"ni göstərə bilərəm. Çünki məcəllədə hər bir seçki üçün ümumi və xüsusi müddəalar var. Yəni "Təhsil haqqında" və "Elm haqqında" qanunların ümumi müddəalarını birləşdirərək, xüsusi müddəalarda ayrı-ayrılıqda göstərməklə bu məsələni həll etmək olar".

S.Novruzov bildirib ki, qanunda qeyd olunan hərbi xidmətdən möhlət hüququ ilə bağlı müddəa qanunun konfidensiallığına uyğun gəlmir: "Bu müddəanın salınması ilə qanun başqa bir qanuna müdaxilə edir. Bu müddəa "Hərbi çağırışın əsasları haqqında" qanuna aiddir. Orada göstərilir ki, kimlərə hərbi xidmətdən möhlət hüququ verilə bilər. Bu müddəa tamamilə başqa bir qanuna aiddir və hesab edirəm ki, ikinci oxunuşda buradan çıxarılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti