...

Bakıda küçə reklamlarına nəzarət edən qurumların sayı artırıldı

Cəmiyyət Materials 25 Fevral 2015 14:52 (UTC +04:00)
Martın 1-dən başlayaraq, Bakıda küçə reklamları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ilə razılaşdırıldıqdan sonra yerləşdiriləcək.
Bakıda küçə reklamlarına nəzarət edən qurumların sayı artırıldı

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Martın 1-dən başlayaraq, Bakıda küçə reklamları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ilə razılaşdırıldıqdan sonra yerləşdiriləcək.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli Trend-ə deyib ki, artıq Bakı Şəhəri İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə uyğun olaraq, bundan sonra Dilçilik İnstitutu Bakı şəhərində reklamların dilinə, reklam yazılarına nəzarət edəcək: "Bizim tərəfimizdən reklamın dilinin Azərbaycanın ədəbi dilinə nə dərəcədə uyğun olub-olmadığı araşdırılacaq. Bundan sonra həmin reklamlar yerləşdiriləcək. Martın 1-dən bu işə başlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti