Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/
Bakının daha bir küçəsi bir neçə günlük bağlanacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, fevralın 25-i gecə saat 22:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları" QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.
Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 5-6 gün müddətinə həmin hissə bağlı olacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.