...

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı vəziyyət nə yerdədir?

Cəmiyyət Materials 26 Fevral 2015 19:53 (UTC +04:00)
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi layihəsi üzərində işlər davam etdirilir.
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı vəziyyət nə yerdədir?

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi layihəsi üzərində işlər davam etdirilir.

Trend Məlumat Hesablama Mərkəzinə (MHM) istinadən məlumat verir ki, bu istiqamətdə MHM-in Milli Sertifikat Xidməti Mərkəzinin (MSXM) mütəxəssisləri tərəfindən layihə çərçivəsində görüləcək işlərin tədbirlər planı hazırlanıb, yeni nəsil şəxsiyyət vəsiqəsinə elektron imza sertifikatlarının daxil edilməsi ilə əlaqədar keçiriləcək tender üçün texniki şərtlər sənədinin ilkin versiyası hazırlanaraq müzakirəyə çıxarılıb, elektron imza sertifikatlarının şəxsiyyət vəsiqəsinin çipinə daxil edilməsi prosesinin icra ssenarisi hazırlanıb və bu ssenarinin reallaşdırılması məqsədilə sınaq işlərinin aparılması üçün laboratoriya mühiti yaradılıb. Bu laboratoriyada elektron imza sertifikatlarının çipə daxil edilməsi üçün yazılan proqram təminatınının sınaq işləri keçirilir.

Eyni zamanda, Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli sərəncamının 7.1-ci bəndi ilə əlaqədar qanunvericilik aktrlarına dəyişikliklər edilməsi barədə təkliflər hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.

Hazırda layihə çərçivəsində mütəxəssislərin yeni nəsil şəxsiyyət vəsiqəsi layihəsini icra edən İsveçrənin TRÜB və yerli inteqrator olan İDRAK şirkətlərinın mütəxəssisləri ilə qarşılıqlı işləri birgə iş planı əsasında davam etdirilir. Belə ki, şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun MSXM-in sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların Milli Sertifikat Xidmətləri Mərkəzində qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir. Yeni qurulacaq mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 noyabr 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələri - yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılması, şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcıya daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsi və şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılması və fəaliyyətinin təmin edilməsi cari il üçün Məlumat Hesablama Mərkəzinin qarşısında duran ən vacib məsələlərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti