...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 27 Fevral 2015 12:32 (UTC +04:00)
Azərbaycanda mülayim hava şəraiti sabah da davam edəcək.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda mülayim hava şəraiti sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal və şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti