...

Jurnalist Araşdırmaları Mərkəzinin sədri tələbə-jurnalistlərə mühazirə oxuyub

Cəmiyyət Materials 4 Mart 2015 10:09 (UTC +04:00)
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbələri ilə görüşüb. «Azərbaycan informasiya agentlikləri: təşəkkülü və inkişafı» fənnində qonaq kimi iştirak edən Seymur Verdizadə özünün 17 illik mətbu təcrübəsini tələbə-jurnalistlərlə bölüşüb.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri tələbə-jurnalistlərə mühazirə oxuyub

Azərbaycan, Bakı, 4 mart /Trend/

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbələri ilə görüşüb. "Azərbaycan informasiya agentlikləri: təşəkkülü və inkişafı" fənnində qonaq kimi iştirak edən Seymur Verdizadə özünün 17 illik mətbu təcrübəsini tələbə-jurnalistlərlə bölüşüb.

BDU-dan Trend-ə verilən məlumata görə, JAM sədri Ankaradakı Qazi Universitetində təhsil aldığı illərdən, qardaş Türkiyə və Azərbaycan jurnalistikasının fərqli və oxşar cəhətlərindən, türkiyəli köşə yazarlarının onun həyatı və sonrakı fəaliyyətinə təsirindən danışıb. S.Verdiazdə həmçinin 1998-2000-ci illərdə 28 min tirajla çap olunan "Bu gün" qəzetindəki fəaliyyətindən, ümumən Azərbaycan jurnalistikasının vəziyyətindən bəhs edib. Eyni zamanda jurnalist peşəkarlığının sirlərindən danışan S.Verdizadə tələbələri sözlə ehtiyatlı davranmağa çağırıb. Deyib ki, jurnalist istədiyi mövzuda məqalə yaza bilər. Amma yazı hazırlayarkən faktlardan çıxış etməli, heç kimin əlində alətə çevrilməməlidir. Söz qənbər parçası deyil ki, onu kiminsə başına vurasan. Jurnalist əlindəki qələmi soyuq silaha çevirməməlidir. Sözlə elə davranmaq lazımdır ki, tənqid olunan adam belə, yazıdan zövq alsın. Sözü işgəncə alətinə çevirmək olmaz. O, mqədəsdir.

Sonda çoxsaylı sualları cavablandıran qonaq tələbələrə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti