...

Azərbaycanda sürətlə gedən inkişaf prosesi Corctaun Universitetinin imamını sevindirir

Cəmiyyət Materials 12 Mart 2015 17:55 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendini qəbul edib.
Azərbaycanda sürətlə gedən inkişaf prosesi Corctaun Universitetinin imamını sevindirir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri ABŞ-ın Corctaun Universitetinin imamını qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Amerika günləri" festivalı çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendi ilə görüşüb.

Görüşdə M.Qurbanlı ölkəmizin tolerantlıq ənənələri, dövlətin multikulturalizm siyasəti, dini konfessiyalar arasındakı münasibətlərdən danışaraq bildirib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub. O deyib ki, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir.

Corctaun Universitetinin imamı Y.Hendi Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən danışaraq qeyd edib ki, artıq ikinci dəfədir ölkəmizə səfər edir. Qonaq bildirib ki, Azərbaycan ona doğma ölkədir və burada sürətlə gedən inkişaf prosesi onu sevindirir.

Dini icmalarla keçirdiyi görüşlərdən bəhs edən Y.Hendi ölkəmizdəki dini tolerantlıqdan, dini icmaların fəaliyyətindən məmnunluq duyduğunu, ölkəmizin tolerantlıq modelinin bütün dünya üçün nümunə ola biləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti