...

Novruz bayramında dövlət səviyyəsində hansı tədbirlər keçiriləcək?

Cəmiyyət Materials 13 Mart 2015 17:33 (UTC +04:00)
Bayram günü konsert proqramları ilə davam edəcək.
Novruz bayramında dövlət səviyyəsində hansı tədbirlər keçiriləcək?

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Martın 19-da Novruz bayramı dövlət səviyyəsində bulvarda qeyd ediləcək. Bunu Trend-ə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, bayram tədbiri Qız Qalasının qarşısından başlayıb bulvarda davam edəcək.

Həmin gün Azərbaycan mədəniyyətinə, mətbəxinə aid nümunələr nümayiş olunacaq. Regionlarda istehsal edilən məhsulların isə həm nümayişi, həm də satışı təşkil olunacaq.

Bayram günü konsert proqramları ilə davam edəcək.

N.Məcidov bildirib ki, bulvarda idmanla, xüsusilə Avropa Oyunlarına aid idman növləri ilə bağlı xüsusi görüntülər nümayiş etdiriləcək. Axşam saatlarında isə atəşfəşanlıq olacaq.

Bu tədbirlər martın 19-da səhər saat 10:00-dan başlayıb gecəyə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti