...

Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən namizədlərin şikayətlərinin baxılmasına başlanılıb

Cəmiyyət Materials 16 Mart 2015 10:14 (UTC +04:00)
2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının 2015-ci il martın 15-də keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.
Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən namizədlərin şikayətlərinin baxılmasına başlanılıb

Azərbaycan, Bakı, 16 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən namizədlərin şikayətlərinin baxılmasına başlanılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının 2015-ci il martın 15-də keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 16-18 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Komissiyadan bildirilib ki, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti