...

"Gəncə dünən və bu gün" (FOTO)

Cəmiyyət Materials 16 Mart 2015 17:14 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Gəncə dünən və bu gün” adlı foto sərgi keçirilib.
"Gəncə dünən və bu gün" (FOTO)

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində "Gəncə dünən və bu gün" adlı foto sərgi keçirilib.

Litvalı fotoqraf Vytautas Daraskeviciusun 40 -dan çox fotosunun nümayiş edildiyi sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhərin ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhər rəhbəri və tədbir iştirakçıları Gəncənin dünənini və bu gününü əks etdirən fotolara baxış keçirərək, litvalı fotoqrafın əməyini yüksək qiymətləndiriblər.

Fotolarda Heydər Əliyev Mərkəzi, Şah Abbas Məscidi, Gəncənin tarixi abidələri və s. əks etdirilib.

Sərgiyə baxış keçirdikdən sonra şəhər rəhbəri Elmar Vəliyev Vytautas Daraskeviciusuna ərsəyə gətirdiyi sənət nümunələri üçün minnətdarlığını bildirib. Elmar Vəliyev litvalı qonağa Gəncənin gözəl guşələrini əks etdirən fotoalbom və dahi şairimiz Nizami Gəncəvinin "Xəmsə"-sini hədiyyə edib.

Eyni zamanda litvalı fotoqraf ona göstərilən diqqət və qayğıya görə şəhər rəhbərinə təşəkkür edib. Vytautas Daraskeviciusun öz nöbəsində icra başçısına "Gəncə dünən və bu gün"ü əks etdirən fotoalbom hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti