...

İcra başçısı hərbçiləri təbrik edib (FOTO)

Cəmiyyət Materials 17 Mart 2015 16:07 (UTC +04:00)
Gəncədəki “N” saylı hərbi hissədə Novruz şənliyi keçirilib.
İcra başçısı hərbçiləri təbrik edib (FOTO)

Gəncədəki "N" saylı hərbi hissədə Novruz şənliyi keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Respublika Hərbi Prokurorluğunun əməkdaşı, ədliyyə polkovnik-leytenantı Mehdi Hüseynzadə, Gəncə şəhər hərbi prokuroru, ədliyyə polkovniki Əmrah Mehdiyev, şəhər rəsmiləri, zabit və əsgərlər, musiqi kollektivləri iştirak ediblər. Azərbaycanın Dövlət himni səsləndirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbiri giriş sözü ilə açaraq, əsgərləri Novruz bayramı münasibətilə təbrik edib, onlara Vətənə, xalqa, dövlətçiliyimizə layiqli xidmətlərində uğurlar, səadət və xoşbəxtlik arzulayıb. Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin bayram təbriki əsgərlərə çatdırılıb. İcra başçısı qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli davamçısı, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna da hərtərəfli diqqət və qayğı göstərir. Hərbi büdcə ildən -ilə artır, hərbi qulluçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycanın Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlarına uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir. Hərbi kadrların təhsilinə, onların intellektinin inkişafına xüsusi önəm verilir. Bu gün Azərbaycan Ordusunun öz torpaqlarını düşmən işğalından azad etməyə böyük gücü və qüdrəti vardır. Ölkə başçısının rəhbərliyi ilə Vətənimizin beynəlxalq nüfuzunun gündən-günə artması, Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə əldə olunan uğurlar deməyə əsas verir ki, ərazi bütövlüyümüz də tezliklə bərpa olunacaq, biz qısa zamanda işğal altında olan torpaqlarımızda bayram tonqallarını alovlandıracaq, qələbəmizi qeyd edəcəyik.

İcra başçısının çıxışından sonra xidmətdə fərqlənən əsgərlərin bir qrupuna hədiyyələr təqdim edilib.

Gəncənin musiqi kollektivlərinin geniş proqramla konserti hərbi hissənin zabit və əsgərlərinə bayram töhfəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti