...

Azərbaycan Tibb Universitetinin işçilərinin maaşı yenidən artırıldı

Cəmiyyət Materials 19 Mart 2015 13:34 (UTC +04:00)
Azərbaycan Tibb Universitetində növbəti əmək haqqı artımı oldu.
Azərbaycan Tibb Universitetinin işçilərinin maaşı yenidən artırıldı

Azərbaycan, Bakı, 19 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Tibb Universitetində növbəti əmək haqqı artımı oldu. Universitetdən Trend-ə verilən məlumata görə, yeni qərara əsasən, aprel ayının 1-dən etibarən ATU -da inzibati idarəetmədə çalışan rəhbər heyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor - müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb. Bundan sonra fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750 manat əmək haqqı alacaqlar. Ümumilikdə əmək haqqı artımı universitetin bütün əməkdaşlarına o, cümlədən 1200 nəfər professor-müəllim heyətinə şamil edilib. Belə ki, son əmək haqqı artımından sonra Tibb Universitetində professor - müəllim heyətinin orta aylıq əmək haqqı 1100 manata çatıb.

Yalnız 2014-cü ildə Böyük Elmi Şuranın qərarı ilə universitet əməkdaşlarının əmək haqqı iki müxtəlif vaxtda artırılıb.

Həmçinin universitetdə bir qrup əməkdaşın əmək haqqı peşəkarlıq qabiliyyətlərinə, elmi-pedaqoji fəaliyyətlərinə və bu sahədə əldə etdikləri nailiyyətlərə görə differensiasiya yolu ilə artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti