Şuranın dəstəyi ilə Romada "ASAN xidmət" layihəsi Avropa İttifaqı ölkələrinə model kimi təqdim olunub (FOTO)

Şuranın dəstəyi ilə Romada "ASAN xidmət" layihəsi Avropa İttifaqı ölkələrinə model kimi təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Romada səfərdədir.

Şuradan Trend-ə bildiriblər ki, səfərin əsas məqsədi ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanın əldə etdiyi uğurları İtaliya ictimaiyyətinə təqdim etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Səfər zamanı nümayəndə heyətimiz Şura və İtaliyanın "Vision" təşkilatı tərəfindən keçirilmiş "Avropada mərkəzləşdirilmiş sosial xidmətlərin təşkili: "ASAN" nümunəsi" mövzusunda beynəlxalq konfransda iştirak edib.

"Vision" təşkilatının direktoru Françesko Qrillonun moderatorluğu ilə keçirilmiş tədbirdə ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, İtaliya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Konfransda çıxış edən İtaliya Bələdiyyələrinin Milli Assosiasiyasının baş katibi Veronika Nikotra bu ölkədə vətəndaşlara xidmət sahəsində yerli dövlət strukturlarının fəaliyyətindən, Avropa təcrübəsindən və müvafiq istiqamətdə daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb. Diqqətə çatdırıb ki, belə bir tədbirin keçirilməsi sadalanan məqamlar kontekstində Azərbaycanın əldə etdiyi uğurları müzakirə etmək üçün yaxşı fürsətdir.

Tədbirin əhəmiyyətini vurğulayan A.Quliyev qeyd edib ki, konfrans Azərbaycandakı elektron hökumət təcrübəsini müzakirə etmək və mövcud qarşılıqlı əməkdaşlığı paylaşmaq baxımından yaxşı imkan yaradır.

Rəhbərlik etdiyi qurumun yaranma tarixindən və fəaliyyətindən danışan A.Quliyev Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini hərtərəfli şəkildə dəstəkləyərək hökumət ilə QHT sektoru arasında əlaqələndirməni təmin etmək olduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncamı ilə Şura fəaliyyətə başlayıb. Həmin vaxtdan etibarən qurum vətəndaş cəmiyyəti institutları ilə hökumət arasında etibarlı körpü rolunu oynayır.

Şura sədri vurğulayıb ki, son illərdə Azərbaycanda elektron hökumət sahəsində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılması hökumət qarşısında duran əsas hədəflərdəndir. Bu istiqamətdə 2012-ci ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi əhəmiyyət kəsb edir. Qurumun əsas məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir. O deyib: "Agentliyin qısa müddətdə əldə etdiyi nailiyyətlər göz qabağındadır. Önəmli məqamlardan biri də odur ki, 17-25 yaşlı gənc könüllülər qurumun işinə cəlb olunublar. Fəxrlə deyə bilərik ki, dünyanın bir çox ölkələri Azərbaycanda tətbiq olunan bu modeli nümunə kimi istifadə edirlər".

Konfransda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirin "ASAN xidmət" mərkəzlərinin üstünlüklərini İtaliya ictimaiyyəti ilə paylaşmaq baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, qurum vətəndaşlarla dövlət arasındakı əlaqələrin yaxınlaşmasına xidmət edir. İctimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbidir. "ASAN xidmət" mərkəzləri də məhz bu zərurətdən yaranıb. Qurum, həmçinin əhalinin həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən vasitələrdən biridir. Bu cür mərkəzlərin təsis olunması təkcə ictimai xarakter daşımır, eyni zamanda, siyasi sabitliyi də xidmət edir.

İtaliyada müvafiq sahədə həyata keçirilən islahatlardan danışan səfir bu ölkənin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsinə dəstək olduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən ilin iyulunda Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri münasibətlərimizin daha da inkişaf etməsinə öz töhfəsini verməkdədir. Xüsusilə səfər çərçivəsində qəbul olunmuş "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" əməkdaşlığımızın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyən V.Sadiqov bir sıra irimiqyaslı layihələrin birgə həyata keçirilməsinin önəmini vurğulayıb.

İtaliyanın Piza şəhərinin meri Marko Filipeski çıxış edərək Azərbaycanda fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərinin iş prinsipinin təqdirəlayiq olduğunu bildirib. Vurğulayıb ki, əhaliyə daha yüksək səviyyəli xidmətin göstərilməsi üçün belə bir strukturun qurulması müsbət nəticələr verəcək.

Sonra "Vision" təşkilatı tərəfindən hazırlanmış "Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli" hesabatı təqdim olunub.

Agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli "ASAN xidmət" mərkəzlərinin yaradılması və onların əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib.

Mərkəzlərin iş prinsipindən, keyfiyyət standartları və personalın seçim qaydalarından, mərkəzlər şəbəkəsinin genişləndirilməsi planlarından danışan şöbə müdiri bildirib ki, qurumun ən önəmli hədəflərdən biri şəffaflığı təmin etmək, vətəndaşlarla dövlət qurumları arasında əlaqələri asanlaşdırmaqdır. Hazırda 8 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə Sabirabad və Bərdədir. Son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq şəxsə xidmət göstərilib. Bu da "ASAN xidmət" konseptinin nə dərəcədə uğurlu olduğunu, vətəndaşların tələblərinə uyğun qurulduğunun bariz nümunəsidir.

İtaliyanın Lessi bələdiyyəsinin İnnovasiya və Texnologiyalar Şurasının sədri Alessandro Delli öz ölkəsində ASAN xidmət kimi sistemin qurulmasının vacibliyini qeyd edərək Azərbaycanın bu səhədə əldə etdiyi model təcrübənin əhəmiyyəti haqqında danışıb:" Biz İtaliyada uzun müddətdir ki, bu cür innovativ sistemin qurulmasına çalışsaq da Azərbaycanın qısa müddətdə əldə etdiyi nəticələrə nail ola bilməmişik. Hesab edirəm ki, Azərbaycanın ASAN təcrübəsi bütün Avropa üçün nümunəvi model kimi təqdim edilməlidir".

Digər çıxış edənlər "ASAN xidmət" modelinin uğurlu təşəbbüs olduğuna dair fikirlərini bölüşüblər. Avropada da bu cür sisteminin tətbiqinin yaxşı nəticələr verə biləcəyini qeyd ediblər.

Konfransa yekun vuran Şuranın sədri, millət vəkili Azay Quliyev çıxışlarda və müzakirələrdə səslənən fikirləri əsas tutaraq Azərbaycanın "ASAN" təcrübəsinın nümunəvi model kimi istifadə edilməsi üçün İtaliya Milli Bələdiyyələr Asossasiyasının Avropa İttifaqına rəsmi müraciət etməsini təklif edib. Təklif işitakçılar tərəfindən qəbul edilib.

Sonda Azərbaycanın Avropa İttifaqına müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
3 mindən çox ödəniş terminalı yeni əsginaslara uyğunlaşdırılacaq
3 mindən çox ödəniş terminalı yeni əsginaslara uyğunlaşdırılacaq
Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir
Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir
Loading Bars
Xəbər lenti
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
İranda güclü zəlzələ baş verib
İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA (FOTO)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 709 mindən çox artıb
Meksika sahillərində güclü zəlzələ baş verib
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
Prezident İlham Əliyev: 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil
Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
Azərbaycan Prezidenti: Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq
İranda 83 nəfər koronavirusdan ölüb
Qazaxıstanın yeni baş nazirinin adı açıqlanıb
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Bütün xəbərlər