...

Mübariz Qurbanlı: Uşaqların və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması önəmlidir

Cəmiyyət Materials 10 Aprel 2015 17:29 (UTC +04:00)
Uşaqların və gənclərin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunması önəmlidir.
Mübariz Qurbanlı: Uşaqların və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması önəmlidir

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İlkin İzzət/

Uşaqların və gənclərin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunması önəmlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Komitə sədri Mübariz Qurbanlı aprelin 10-da Bakıda Təhsil Nazirliyi və DQİDK-nın birgə təşkilatçılığı ilə "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması" mövzusunda keçirilən konfransda deyib.

M.Qurbanlı rəhbərlik etdiyi qurumun və Təhsil Nazirliyinin "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planı haqqında məlumat verib. Sədr ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə uyğun olaraq, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı fəaliyyətindən söhbət açıb və bu istiqamətdə görülən işləri açıqlayıb: "Təhsil Nazirliyi və DQİDK-nın birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi uşaqların və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacaq".

DQİDK-nin sədr müavini Gündüz İsmayılov gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayaraq, bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsindən danışıb: "Milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılması zəruridir. Bu, həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından əhəmiyyətldir".

Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin hər zaman gənclərimizin milli ruhda, milli-mənəvi dəyərlər əsasında təhsilini və tərbiyəsini vacib hesab etdiyini deyib. O, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin tərbiyə funksiyasının da inkişaf etdirilməsinin prioritet istiqamət kimi nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı, ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində görüləcək işlərin ayrı-ayrı məqamlarından bəhs olunub.

Konfrans müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti