...

Azərbaycanın Xəzərsahili regionlarının turizm imkanları Rusiyada təqdim ediləcək

Cəmiyyət Materials 14 Aprel 2015 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın Xəzərsahili regionlarının turizm imkanları Rusiyada təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin nümayəndələri Moskva şəhərində Rusiya Federasiyası Ticarət-Sənaye Palatasının təşkilatçılığı ilə sabah keçiriləcək "Xəzər dialoqu 2015" beynəlxalq iqtisadi forumunda təmsil olunacaq.

Forumun keçirilməsində məqsəd Xəzər regionunda dialoqun yaradılmasından ibarətdir. "Xəzər regionunda təhlükəsizlik və davamlı inkişaf" mövzusunda keçiriləcək tədbirdə müxtəlif sessiyaların təşkil olunması nəzərdə tutulub.

Bu sessiyalar Xəzər regionunda neft, qaz və digər enerji sahələri ilə yanaşı, turizmin müxtəlif növləri, o cümlədən sağlamlıq, tibbi, idman, ovçuluq və ekoloji turizm növləri üzrə də sessiyalar təşkil olunacaq.

Nümayəndə heyətimiz Xəzər dənizində turizm və istirahət sessiyasında iştirak edəcək və Azərbaycanın Xəzərsahili regionlarının turizm imkanları üzrə təqdimat keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti