Azərbaycan, Bakı, 16 aprel /Trend/
May ayının 1-dən 11-dək Naxçıvan şəhərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Open 2015" beynəlxalq şahmat festivalında keçmiş dünya çempionu, Özbəkistanın bir nömrəli şahmatçısı Rustam Kasımcanov ( beynəlxalq əmsalı - 2712) da iştirak edəcək.
Trend-in məlumatına görə, festival çərçivəsində 3 turnir (A-güclülər, B-əmsalı 2250-dən az olanlar və C- uşaqların turniri) keçiriləcək.
A-turnirində Kasımcanovla yanaşı qadınlar arasında dünya çempionu - Çin təmsilçisi Hou Yifan da daxil olmaqla 15-dək ölkədən bir sıra tanınmış şahmatçılar iştirak edəcək.
Yarış isveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Turnirin ümumi mükafat fondu 40000 dollar təşkil edir.