...

Əli Əhmədov Əfqanıstanın ölkəmizdəki səfirini qəbul edib

Cəmiyyət Materials 17 Aprel 2015 14:37 (UTC +04:00)
Aprelin 17-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov Əfqanıstanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini onun xahişi ilə qəbul edib.
Əli Əhmədov Əfqanıstanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprelin 17-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov Əfqanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini onun xahişi ilə qəbul edib. Bu barədə Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qəbula görə Əli Əhmədova təşəkkürünu bildirən səfir respublikamızın regionda sülhün və əmin-amanlığın bərqərar olması baxımından təhlükəsizlik məsələlərinə verdiyi töhfələri yüksək qiymətləndirərək, öz ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.

Dövlətlərarası münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edən Baş Nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli faydalı əməkdaşlığın inkişaf etdirilməsinin, habelə beynəlxalq sülhün və regional sabitliyin qorunması naminə ümumi səylərin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğuladı.

Səmimilik şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti