...

BELAZ Azərbaycana 9 növ vaqon təklif edir

Cəmiyyət Materials 20 Aprel 2015 15:05 (UTC +04:00)
Belarus şirkəti Azərbaycana 9 növ vaqon təklif edir.
BELAZ Azərbaycana 9 növ vaqon təklif edir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/

Belarus şirkəti Azərbaycana 9 növ vaqon təklif edir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-də Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç və BELAZ holdinqinin direktoru Petr Parxomçiklə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov görüşdə Azərbaycanın dəmiryollarında reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan dəmiryolçuları belaruslu həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verir.

Belarusun Azərbaycandakı səfiri N.Patskeviç dəmiryol nəqliyyatı və daşımalar sahəsində Belarus-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb.

P.Parxomçik çıxış edərək BELAZ şirkətinin tərkibində fəalyyət göstərən Magilyov zavodunda istehsal olunan 9 növ dəmiryol vaqonunu "Azərbaycan Dəmir Yolları" QSC-yə təklif edib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti