...

Heydər Əliyev prospektinin köməkçi yolu bağlandı (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2015 14:22 (UTC +04:00)
Bu gün səhərdən Heydər Əliyev prospektinin köməkçi yolunun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində təmir işlərilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Heydər Əliyev prospektinin köməkçi yolu bağlandı (ƏLAVƏ OLUNUB) (FOTO)

Trend-i buradan izləyin

İlk xəbər 10:22-də yayılıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlkin İzzət/

Bu gün səhərdən Heydər Əliyev prospektinin köməkçi yolunun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində təmir işlərilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə Trend-ə "Azəryolservis" ASC-dən məlumat verilib.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan əsas yol bu gün səhər açılıb.

XXX

"Azəryolservis" ASC-dən daha sonra Trend-ə bildiriblər ki, artıq yolun qaşınmasına başlanılıb və sabahdan yeni asfalt-beton örtüyünün vurulması işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti