...

Azərbaycan "ATM 2015" beynəlxalq turizm sərgisində təmsil olunacaq

Cəmiyyət Materials 30 Aprel 2015 21:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

2015-ci ilin 4-7 may tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "ATM 2015" beynəlxalq turizm sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "ATM 2015" sərgisində Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə nazirliyin iştirakı nəzərdə tutulub.

Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, 6 yerli turizm şirkəti (Silk Way Travel, Millennium Tourism and Congress, The Tour, Greenwich travel, Gilan tourism, Luxury Sport) və 3 mehmanxana (Fairmont Hotel, Rigs Hotel, Boulevard Hotel), Azərbaycan Hava Yolları, Şahdağ Turizm Mərkəzi və Konqreslər Bürosu iştirak edəcək.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 56 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Xəbər lenti

Xəbər lenti