...

Anar Qədirli: "Ərizə yazmağımın səbəbi..." (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 May 2015 11:17 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli tutuduğu vəzifədən azad olunub.
Anar Qədirli: "Ərizə yazmağımın səbəbi..." (ƏLAVƏ OLUNUB)

İlk xəbər 9:30-da yayılıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlhamə İsabalayeva/

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Anar Qədirli tutduğu vəzifədən azad olunub. Trend-in əldə etdiyi məlumata görə, A.Qədirli öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata görə, A.Qədirliyə SN-də digər vəzifə təklif edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Liya Bayramovanın təyin olunduğu bildirilir.

A.Qədirli Trend-ə bildirib ki, o, 9 il çalışdığı vəzifəsindən öz ərizəsi ilə azad edilib. Səbəb isə onun başqa vəzifəyə keçirilməsidır: "Mən başqa vəzifəyə keçirilməyimlə əlaqədar vəzifəmdən azad olunmaq üçün ərizə yazmışam".

A.Qədirli gələn həftədən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yeni yaradılan ictimaiyyətlə əlaqələr şöbəsininin müdiri vəzifəsində çalışacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti